Azərbaycandan Rusiyaya keçməyə cəhd edən 5 Pakistan vətəndaşı saxlanıldı - FOTO

Hazırda oxunan: Azərbaycandan Rusiyaya keçməyə cəhd edən 5 Pakistan vətəndaşı saxlanıldı - FOTO

94561

Sentyabr ayının 18-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd edərkən 5 nəfər Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Ali Sajjad, 1992-ci il təvəllüdlü Munawar Waseem, 1998-ci il təvəllüdlü Yousaf Subtain, 2002-ci il təvəllüdlü Usman Muhammad və 2005-ci il təvəllüdlü Hassan Ali saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb.

Xəbərə görə, saxlanılan şəxslərdən üçünün avqust ayının sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyənləşdirilmişdir.

Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları məlum olmuşdur.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin