Kamal Abdulla saytının təqdimatını keçirdi - FOTOLAR

Hazırda oxunan: Kamal Abdulla saytının təqdimatını keçirdi - FOTOLAR

94537
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun www.sim-sim.az mədəniyyət portalının təqdimat mərasimi keçirilib. xa0xa0

Moderator.az xəbər verir ki, tədbirdə jurnalistlər, ictimaiyyət nümayəndələri, elm adamları iştirak edib. xa0xa0

Tədbiri açan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov əvvəlcə Fondun tarixindən və fəaliyyət istiqamətindən danışıb: xa0 “Yaradıcılıq Fondunun məqsədi yardım, kömək, xeyriyyədir. Mədəniyyətin bütün sahələrində fəaliyyət göstərən şəxslərə kömək etmək bizim amalımızdır. Son illər ölkəmizdə tolerantlıq, multikulturalizm meyilləri özünü daha qabarıq şəkildə göstərir. Bizim məqsədimiz bu tolerantlığı sistemli şəkildə insanlara çatdırmaqdır”x9d. xa0

xa0Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bildirib ki, balaca və eyni zamanda, böyük ölkəmizdə unudulmuş genlərin canlanması müşahidə olunur: xa0

“Multikulturalizm, tolerantlıq, digər xalqlara münasibət bütün sferalarda özünü qabarıq büruzə verir. Bu, ölkə başçımızın ideoloji hədəflərindən biridir. Multikulturalizm bizim tariximizdə, xislətimizdə, qanımızda var. Yeni mədəniyyət portalımız özündə bunları və renesansı əks etdirəcək”x9d. xa0

xa0Akademik Kamal Abdulla mədəniyyət portalının çoxistiqamətli fəaliyyətindən və çoxşaxəli planlarından danışdıqdan sonra yaxın gələcəkdə işıq üzü görməsi planlaşdırılan 3 kitabdan da bəhs edib:

xa0xa0 “Multikulturalizm əslində bizim tariximizdə özünü göstərir, millətimizin xarakterindədir. Bizim ən dahi yaradıcılarımız öz fəaliyyətlərində bunu büruzə veriblər. Məsələn, Nizami Gəncəvi Afaqa necə aşiq ola bildi? Nəsimi, Füzuli ətrafdakılara tolerant və böyük məhəbbətlə yanaşırdı. Nəsimi erməniyə şeir həsr etmişdi. Füzulinin Nofəl səhnəsi ən böyük multikulturalizm nümunəsi hesab oluna bilər. Daha sonralar bu multikulturalizm çalarları müasir ədəbiyyatçılarımızda, o cümlədən Hüseyn Cavid yaradıcılığında öz əksini tapdı. Bütün bunlar bizim yaxın gələcəkdə işıq üzü görəcək üç kitabımızda cəmləşəcək. Onlardan biri “Azərbaycan multikulturalizmi: ədəbi-bədii qaynaqlar”x9d olacaq.

xa0Burda multikulturalizmin ədəbiyyatımızda tutduğu yer və oynadığı rol araşdırılacaq. Digər iki kitab isə “Azərbaycan multikulturalizminin siyasi qaynaqları”x9d və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi qaynaqları”x9ddır. xa0 Yeni mədəniyyət portal ilə bağlı iştirakçılar da təbriklərini çatdırıb. Uğurlar arzulayıblar. xa0 Qeyd edək ki, “sim-sim.az”x9d portalına şair Qismət rəhbərlik edəcək.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin