2015-ci il başa çatmamış itirdiklərimiz - FOTOLAR

Hazırda oxunan: 2015-ci il başa çatmamış itirdiklərimiz - FOTOLAR

94517

Amansız ölüm...

Ölüm haqqdır deyirlər. Amma zamansız, faciəvi şəkildə, XXI əsrdə texnologiyanın və tibbin belə inkişaf edən vaxtında hansısa çarəsi tapılmayan xəstəlikdən insanların bu dünyadan əbədiyyətə qovuşması insana olduqca ağır təsir edir.

Bu il başa çatmamış qazandıqlarımızla bərabər itirdiklərimiz də oldu. Zamansız iki böyük itki yaşayan insan kimi qəlbimi qazandıqlarımızdan deyil, itirdiklərimizdən yazmamağa məcbur edə bilmədim.

Və beləliklə Oxu.Az bu il dünyasını dəyişən məşhur azərbaycanlıları yada salır:

Yeni ilin ilk gününün qara xəbəri Siyavuş Qarayevdən gəldi. Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, üzvi kimya sahəsində görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru Siyavuş Qarayev yanvarın 1-də 72 yaşında vəfat etdi.

2015-ci il yanvarın 11-nə kecən gecə, Haaqa səhərində, Azərbaycan və Holland xalqlarının sevimli yazıçısı Gülşən Lətif qizi Kazımova-Atəş 53 yaşında bu dünyadan köçdü.

Qara yanvarın növbəti ölüm xəbəri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın tanınmış kinorejissoru, aktyoru və ssenaristi Hafiz Fətullayevdən gəldi. O,  20 yanvarda 70 yaşında vəfat etdi. 

Aradan bir neçə gün keçmişdi ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi,  “Nəsimi”x9d mükafatı laureatı Vaqif Səmədoğlu uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişdi.

Fevralın 3-də tanınmış riyaziyyatçı, “Şöhrət”x9d ordenli, əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev 77 yaşında həyata əbədi olaraq gözlərini yumdu.

Aprelin ilk həftəsində azərbaycanlı alim Əfrand Daşdəmirov 73 yaşında vəfat etdi.  

Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov da apreldə dünyasını dəyişdi.

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli aprelin 17-də 81 yaşında həyatla vidalaşdı.

Aprelin 28-də tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Böyükkişi Heydərli xərçəng xəstəliyindən dünyasını dəyişdi.

Tanınmış azərbaycanlı rejissor Nicat Feyzullayevi mayın 4-də əbədi olaraq itirdik.

Elə həmin ayda Azərbaycan milli komandasının və “Neftçi”x9d klubunun sabiq baş məşqçisi uzun sürən xəstəlikdən sonra 79 yaşında Əhməd Ələsgərov vəfat etdi. 

May ayında daha bir itki yaşadıq. Kaluqada prezidentin mədəniyyət üzrə müşaviri olan azərbaycanlı rəssam ”“Sadıx İman oğlu Bağırov ömrünün 74-cü ilində dünyasını dəyişdi.

Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr”x9d folklor qrupunun üzvü Xanbibi Əzimova iyulun 10-da 79 yaşında dünyasını dəyişdi.

İyulun 13-də aktyor Sərdar İsgəndərov da vəfat etdi.

Avqust ayında 65 yaşında uzun sürən xəstəlikdən sonra Azərbaycanın əməkdar artisti Tanilə Əhmədova dünyasını dəyişdi.

“Neftçi”x9dnin Müşahidə Şurasının üzvü, veteran futbolçu Mübariz Zeynalov avqustda vəfat etdi.

Sentyabrın ilk həftəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov qəflətən insult keçirməsi nəticəsində dünyasını dəyişdi.

Ötən gecə isə xalq artisti, “İstiqlal”x9d və “Şöhrət”x9d ordenli Habil Əliyev uzun sürən xəstəlikdən sonra bu dünyadan köçdü. O, sentyabrın 2-də  komaya düşmüşdü.  Kaman ifaçısı  ilə vida mərasimi bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutdu.

P.S. 2015-ci il mənim də həyatımda ömür boyu unuda bilməyəcəyim dərin kədərli iz buraxdı. Bilmirəm nədəndir, amma mən ta uşaqlıq illərindən qış fəslini sevməmişəm. Bəlkə də nə vaxtsa qışın istiqanlı cavan valideynlərimin soyuqqanlılıqla əlimdən alacağını hiss etmişdim. 1996-cı ilin dekabrında 42 yaşında atamı, 2015-ci ilin fevralında isə 58 yaşında anamı itirdim. Onlar bir dəfə öldülər. Mən isə həsrətdən hər gün ölürəm...

Siyahıda unudulanlar varsa üzr istəyirik.

Allah rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin