Bir neçə gündür ki, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyevin vəzifədən azad edilməsi və məşhur iş adamlarından birinin qızının onun yerinə təyinat alması ilə bağlı informasiya dolaşmaqdadır. Bu informasiyanı dəqiqləşdirmək məqsədi ilə Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciət etdik.
Məsələ ilə bağlı Moderator.az-a
açıqlama verən mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayılan informasiyaların əsassız olduğunu bildirib.
S.Əhmədovanın sözlərinə görə, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin rəhbərliyində
heç bir dəyişiklik yoxdur və Ələkbər Tağıyev öz vəzifəsinin icrasını davam
etdirir.
Seymur Əliyev































































































