Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan Azərbaycan Ordusunun hərbiçisi gizir Qurbanov Yusif Asif oğlu hospitalda vəfat edib. Şəhidimiz Goranboyda dəfn edilib.
Bizim.Media xəbər verir ki, şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Ordumuzun ağır yaralanan hərbçisi ŞƏHİD OLDU - FOTO
Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasim iştirakçıları şəhidimizi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar.
Dəfn mərasimində şəhidin yaxınları, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, kənd sakinləri, onun müəllimləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Məhərrəm Quliyev tərəfindən şəhidin atasına təqdim edib.
Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Qurbanov Yusif 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb. Apa.az xatırladır ki, şəhidimiz nişanlı olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:45 / 18.09.2022
Nişanlı şəhidimiz Goranboyda dəfn edildi
Hazırda oxunan: Nişanlı şəhidimiz Goranboyda dəfn edildi
Hazırda oxunan: Nişanlı şəhidimiz Goranboyda dəfn edildi
94405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.