Mətanət Elgizə rəqib gəlir

Hazırda oxunan: Mətanət Elgizə rəqib gəlir

94359
ATV və ANS arasında gedən soyuq müharibə artıq teleməkanın bütün sahələrini əhatə edib. Hər fürsətdə bir-birini vurmağa çalışan iki aparıcı telekanalın reytinq uğrunda mübarizəsi maraqlı gedişlərlə müşayiət olunmaqdadır.
xa0
Publika.az xəbər verir ki, ANS-in kişi siması və ən baxımlı aparıcılarından olan Elgiz Əkbərin “Günəbaxan”x9d verilişi artıq yeni televiziya mövsümünə başlayıb. Verilişin başqalarından 1 həftə xa0tez başlamasının səbəbi hamıda sual doğurub. Bunun səbəbini etibarlı mənbədən əldə etdiyimiz bir məlumat müəyyən qədər izah edir. Belə ki, ATV telekanalı həmin saatda efirə “Günəbaxan”x9dın keçmiş aparıcısı İlqar Mikayıloğlunu deyil, ATV-nin ən baxımlı və ən çox müzakirə olunan “Gündəlik”x9d verilişinin aparıcısı, 18 illik ANS təcrübəsi olan Mətanət Əliverdiyevanı çıxardacaq. xa0Beləliklə, Mətanət Əliverdiyeva 14 sentyabrdan etibarən hər səhər saat 10:00-12:00 arası ATV-də səhər verilişini aparacaq.
xa0
Mətanət Əliverdiyeva Publika.az-a açıqlamasında bu haqda heç bir söz demək istəmədiyini bildirib:
xa0
“Yeni verilişim haqda heç bir məlumat verməyəcəyəm. İnşallah, 14 sentyabrdan görərsiniz, yazarsınız”x9d. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin