Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) körpələr evindən Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına daxil olan 2 yaşlı uşağın bədənində qoturluğun aşkar edilməsi ilə bağlı məsələyə münasibət bildirib.
Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 10.02.2020-ci il təvəllüdlü azyaşlı sentybarın 14-də Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına sağtərəfli bronxopnevmoniya diaqnozu ilə körpələr evindən daxil olub.
Azyaşlının müayinəsi aparılıb və müvafiq müalicələrə başlanılıb. Sentyabr ayının əvvəllərində körpənin bədənində səpkilər müşahidə edilib.
Bununla bağlı həkim-dermatoveneroloq körpəni müayinə edib. Azyaşlıda qoturluq inkar edilib və allergik dermatit diaqnozu qoyulub. Mütəxəssis tərəfindən təyin edilən müvafiq müalicəyə başlanılıb.
Hazırda körpənin vəziyyəti kafidir. Sağtərəfli bronxopnevmoniya artıq müalicələr sayəsində keçib. Körpənin temperaturu yoxdur, aktivdir.
Qeyd edək ki, TƏBİB-in rəhbərliyinin qərarı ilə tibb müəssisəsində monitorinq keçirilərək ictimaiyyətə əlavə məlumat veriləcək.
Hazırda Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında körpələr evindən gətirilən 8 nəfər müalicələri alır. Tibb müəssisəsinin müxtəlif şöbələrinə yerləşdirilən körpələrin hər birinə individiual olaraq xüsusi xidmət göstərilir.
Xəstəxanada kifayət qədər körpələrin müalicəsi üçün istifadə edilən dərman vasitələri var. Həmçinin uşaq qidaları, uşaq bezləri ilə də xəstəxana tam təmin olunub.
Məlumat üçün bildirək ki, tibb müəssisəsinə 2021-ci ildə körpələr evindən 101, 2022-ci ildə isə 78 müraciət daxil olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 17.09.2022
Körpələr evindən xəstəxanaya yerləşdirilən azyaşlı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: Körpələr evindən xəstəxanaya yerləşdirilən azyaşlı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: Körpələr evindən xəstəxanaya yerləşdirilən azyaşlı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
94325
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.