“Onlar ata-ananı yox, Vətəni seçdilər” - Oğulları eyni gündə şəhid olan ata – VİDEO 

Hazırda oxunan: “Onlar ata-ananı yox, Vətəni seçdilər” - Oğulları eyni gündə şəhid olan ata – VİDEO 

94287

44 günlük Vətən müharibəsində şəhid olmuş iki qardaş – Bəhrəm və İmanın atası Elman Məmmədovun çıxışı izləyiciləri həm kövrəldib, həm də qürur hissinə boğub.  

Bizim.Media xəbər verir ki, o, “Təsir dairəsi” verilişində qonaq olarkən övladlarının seçdiyi yoldan danışıb.

“Oğul da dünyaya vətən üçün gəlir, biz də. Lazım olsa, biz də öləcəyik, təki Vətən yaşasın. Millətimiz heç kimlə torpaq davası etmir. Mən analara onu deyərdim ki, övlad üçün ağlamayın. Mənim keçdiyim həyat yolunu heç bir ana və ata keçməyib.
Onlar Rusiyada yaşayırdılar, geri dönməyə də bilərdilər. Lakin onlar “Vətənə xidmət, sonra təhsil” dedilər. Tarixdə belə bir şey yoxdur ki, iki qardaş 44 günlük Vətən Müharibəsinin 30 gününü çiyin-çiyinə döyüşüb, eyni anda, eyni saniyədə şəhid oldular.

Dünya tarixində belə bir hal olmayıb. Ancaq İman və Bəhrəm göstərdi ki, qardaşı qardaşdan vətən yolunda ölüm də ayıra bilməz. Onlar nə atanı, nə də ananı seçmədilər, Vətəni seçdilər”.  
Elman Məmmədov əlavə edib ki, şəhidlərin təmtəraqla dəfn edilməsi lazımdır:  

“Ölüm bizim son silahımızdır. Lazım olacaqsa, öləcəyik, amma bundan sonra bir qarış torpağımızı kimsəyə verməyəcəyik. Bu gün şəhid gəlir. Şəhid üçün ağlamaq lazım deyil. Şəhidi təmtəraqla dəfn etmək lazımdır.
Qoy bütün gənclər, nəsillər bilsin ki, o kimdir. Şəhidlərin məclisini vayla keçirmək lazım deyil. Şəhid döyüşə vayla girməyib, hayla girib. Biz şəhidi vayla dəfn etməyək. Şəhid heç vaxt ölmür, ölməyəcək də”.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin