Ötən gün Türkiyənin Hakkari vilayətinin Yüksəkova bölgəsində PKK terrorçularının həyata keçirdiyi terror aktı zamanı Silahlı Qüvvələrin 21 nəfər hərbçisinin həlak olması xəbəri bizi sarsıtdı.
Azərbaycan Milli İstiqlal Partiyası terror nəticəsində şəhid olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmalarını arzulayır. Qardaş ölkənin terrorla apardırdığı mübarizəni dəstəkləməklə yanaşı, Türk xalqının əzminə və iradəsinə uyğun olaraq terrora qarşı mübarizənin tezliklə və qalibliyyətlə sonunclanacağına əmiliyimizi ifadə edirik. AMİP olaraq hər zaman Türk xalqının yanında olduğumuzu bir daha bəyan edirik. AMİP bəşəriyyətə getdikcə daha çox təhlükə törədən terrorizmi, insanlığa zidd davranış və hərəkətləri, zoraklıqları daima lənətləyərək, sülhün və təhlükəsizliyin qorunması üçün daima sivil dünyanı birliyə çağırıb.
Dünyanı ağuşuna alan terrorizm dalğası bir daha sübut edir ki, bu bəladan birlikdə qurtarmaqdan savayı digər çıxış yolu yoxdur və dünya birliyi bu gün beynəlxalq teerorizmlə inadkar və uğurla mübarizə aparan, onun ağırlıqlarını və acılarını daim öz üzərində daşıyan Türkiyə dövlətinə, türk xalqına dəstək olmalıdır

































































































