Gəncədə “Əli və Nino”x9d heykəli ucaldılacaq - FOTOLAR

Hazırda oxunan: Gəncədə “Əli və Nino”x9d heykəli ucaldılacaq - FOTOLAR

94228
Gəncə Bulvar Kompleksində Azərbaycanda ilk dəfə olaraq Əli və Ninonun heykəli ucaldılacaq. Memarlar abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər.  

Moderator.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncəçayın sağ sahilində salınan “Əli və Nino”x9d parkında yerləşəcək memarlıq əsərində beton-konstuksiya işləri aparılır.

   Qurban Səidin müəllifi olduğu “Əli və Nino”x9d əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3.5 metr təşkil edəcək və kompleksdə işlərin 2 aya kimi yekunlaşdırılması nəzərdə tutulur.   Memarı Cahid Həsənov olan və azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və  Gürcüstanda ucaldılıb.   "Bu heykələ baxanda iki alovun yanması anlamını verəcək. Sonrakı etapda “Əli və Nino”x9dnun olduğu tərənüm olunur. Heykəlin ətrafında süni tüstü effektləri veriləcək ki, sanki bunların eşqləri səmada uçur. Bu da dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradacağıq", - “Əli və Nino”x9d abidə kompleksinin memarı Cahid Həsənov deyib.   Bundan başqa abidənin ətrafında 3 fəvvara quraşdırılır ki, bunlar da vizual olaraq göz yaşlarının damlalarını xatırladacaq. Layihəyə görə, “Əli və Nino”x9d heykəli şərq üslübunda lakin modern formada olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin