Elçin Sadıqovun məhkəməsi təxirə salınıb

Hazırda oxunan: Elçin Sadıqovun məhkəməsi təxirə salınıb

94197

Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən vəkil Elçin Sadıqovun Binəqədi rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. 

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib. 

Məhkəmə prosesi sentyabrın 17-nə təxirə salınıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu internet televiziyanın rəhbəri HƏBS EDİLDİ


Qeyd edək ki, E.Sadıqov "Xural" İnternet kanalının rəhbəri Əvəz Zeynallı ilə birlikdə "Baku Still Company" şirkətinin sabiq rəhbəri, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda təqsirləndirilir. 

E.Sadıqova qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb və barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin