Şəhid ailələri ilə bağlı qanuna dəyişiklik ediləcək

Hazırda oxunan: Şəhid ailələri ilə bağlı qanuna dəyişiklik ediləcək

94187

Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid hərbçilərin ailələri sosial dəstək proqramları ilə əhatə olunacaq


İclasda müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən şöbə müdiri Adil Vəliyev bildirib ki, sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb.  

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.  

Qeyd edək ki, iclasda müzakirə olunan 6 qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin