“Bakı-Sumqayıt yolundan Xirdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”ndə hərkət sxemində edilmiş dəyişikliyi uğursuz hesab edirəm”.
Bizim.Media xəbər verir ki, bu fikri nəqliyyat eskperti Ərşad Hüseynov qeyd edib. Onun sözlərinə görə, bir neçə gün əvvəl edilən dəyişiklikdən sonra oradakı körpünün üstünə qalxaraq sola – Xırdalana dönmək ləğv edilib.
Bu da həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının hərəkətinə çətinlik yaradıb:
“İndi Xırdalana oradan getmək istəyənlər körpüyə çatmamış sağa çıxmalı, Saray qəsəbəsinə doğru xeyli məsafə (bunun 2-3 km olduğunu deyirlər) getməli, geriyə dönməli və Xırdalana doğru qayıtmalıdırlar.
Beləliklə həmin istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyənlərin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsi 4-6 km artmışdır. Problem təkcə bu deyil.
Bilirsiniz ki, hazırda 200 mindən çox insanın yaşadığı Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan cəmi 3 giriş-çıxış var. Onlardan birində hərəkətin belə əlverişsiz vəziyyətə gətirilməsi həmin giriş-çıxışın bütün yükünü digər ikisinin – Xırdalan dairəsindən və Masazır dairəsindən giriş-çıxışın üstünə atacaq.
Nəticədə, onsuz da hərəkət şəraiti bərbad olan, pik saatlarda həmişə tıxanan Xırdalan və Masazır dairələri daha da pis duruma düşəcək. Bu da öz təsirini Bakı-Sumqayıt yoluna göstərəcək və artıq bir neçə gündür ki, göstərməkdədir”.
Ekspert həmçinin bildirir ki, üstəlik Xırdalanın şimal tərəfinə getmək istəyənlər Xırdalan və Masazır dairələrindən daxil olsalar, Xırdalanın daxili küçələrini başa qədər getməli olacaqlar.
Bu da onsuz da hərəkət etmək çətin olan həmin küçələri daha da keçilməz edəcək:
“Həm də sadə bir məqamı nəzərə almalıyıq ki, nəqliyyat axınının (xüsusən avtobus marşrutunun) yürüş məsafəsinin belə ciddi artması insanların əlavə vaxt itkisi, əlavə yanacaq xərci deməkdir.
Belə dəyişiklikdən sonra Saray tərəfdəki geriyə dönmə yeri də əlavə yüklənəcək, orada sıxlıq və qəza şəraiti yaranacaq (həmin yerdə faktiki sürət daha yüksəkdir). Belə dəyişiklik Bakıdan Saray və Novxanı istiqamətlərinə gedənlər və o istiqamətlərdən gələnlər üçün əlverişlidir.
Amma sadaladığım arqumentlər və ümumi maraq nəzərə alınanda edilmiş dəyişiklik səmərəsizdir və yeni problemlər yaradacaq”.
Ə.Hüseynov səlahiyyətli qurumlardan (DYP və AAYDA-dan) orada hərəkət sxemini əvvəlki vəziyyətə gətirilməsini, pik saatlarda yaranan çətinliklərin həlli üçün başqa, daha səmərəli üsul tətbiq edilməsini xahiş edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:20 / 16.09.2022
“Xırdalan və Masazır dairələrini iflic edəcəklər” – Ekspertdən ETİRAZ - FOTO
Hazırda oxunan: “Xırdalan və Masazır dairələrini iflic edəcəklər” – Ekspertdən ETİRAZ - FOTO
Hazırda oxunan: “Xırdalan və Masazır dairələrini iflic edəcəklər” – Ekspertdən ETİRAZ - FOTO
94175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.