Emin Əmrullayev: “Fikirlərim məcrasından çıxarılaraq ictimaiyyətə başqa cür təqdim edilib”

Hazırda oxunan: Emin Əmrullayev: “Fikirlərim məcrasından çıxarılaraq ictimaiyyətə başqa cür təqdim edilib”

9416

Brifinqdə söylədiyim "Biz əgər təhsil haqqını 500 manat etsək, onda hamı və ya çox adam ali təhsil alar" fikri məcrasından çıxarılaraq ictimaiyyətə fərqli formada təqdim edilib. Bu, təhsilin keyfiyyəti ilə onun qiyməti arasında olan əlaqədir.

Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Təhsil haqqını ödəməklə bağlı problemimiz olmamalıdır” – Emin Əmrullayev 


Onun sözlərinə görə, əgər bu gün bir nəfərin təhsilinə 2500 manat vəsait ayrılırsa, bu məbləği 500-ə endirsək, o zaman 5 nəfər təhsil alır:

"Bu halda, 500 manata hazırlanmış mühəndislə 2500 manata hazırlanmış mühəndis arasında keyfiyyət fərqi var.

Biz kəmiyyət dəyişikliyimizi keyfiyyətə qurban verməməliyik. Ali təhsildə kəmiyyət dəyişiklikləri mütləq baş verməlidir.

Amma biz süni şəkildə sayları artırmaqla "əhalimiz daha çox ali təhsil aldı" deyib özümüz özümüzü aldatmamalıyıq. Çünki uzunmüddıtli bir dövrdə həmin adamlar bizim əmək bazarının əsas hissəsi olacaqlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin