Dünəndən başlayaraq Bakı şəhərinin mərkəzi küçələrində nəqliyyat axınının sıxlığı müşahidə edilir. Uzunmüddətli tıxaclar yaranıb.
Bizim.Media-ya açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirib ki, paytaxt üçün pik saatlarda sıxlıq xarakterik haldır: “Komendant saatının tətbiqindən sonra insanlar evinə vaxtında çatmağa tələsir, həm də metropolitenin fəaliyyətinin dayandırılması, avtobuslarda intervalların çox olması, sürücülərin dayanma, durma qaydalarına düzgün əməl etməməsi tıxaca səbəb olur”- deyən M.Ağayev avtobus intervallarının azaldılması üçün Bakı Nəqliyyat Agentliyi ilə birgə müzakirələr aparıldığını söyləyib: “Əhaliyə də müraciət edirik ki, mümkün qədər vətəndaş mövqeyi göstərsinlər, parklanma qaydalarına düzgün əməl etsinlər.Komendant saatı tətbiq ediləndən DYP əməkdaşları gücləndirilmiş iş rejimində yol hərəkətinin tənzimlənməsinə çalışır.Yaxın günlərdə bu problem aradan qalxacaq”.
Təranə, Bizim Media