Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi - FOTO

Hazırda oxunan: Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi - FOTO

94079

Sentyabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci il payız sessiyasında videokonfrans formatında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, komitə sədri Qənirə Paşayeva son günlər sərhəddə Ermənistan tərəfindən törədilmiş təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına səbir diləyib.

Mədəniyyət komitəsində 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verilib.

Sonra komitə sədri Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib. Bildirib ki, payız sessiyasında qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılacaq.

Habelə, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin, digər sənədlərin müzakirəsi, dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Daha sonra Qənirə Paşayeva gündəliyin 3-cü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə danışıb. 

Müzakirələr zamanı komitənin sədr müavini Fazil Mustafa, üzvü Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.

Çıxışlarda sərhəddə baş vermiş son hadisələr barədə fikirlər səsləndirilib, gündəlikdəki məsələlərə münasibət bildiriliblər.

İclasda Mədəniyyət komitəsində 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər qənaətbəxş hesab olunub, komitənin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiq edilib, “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin