Azərbaycan səfirlikləri Ermənistanın kiber hücumlarına məruz qalıb

Hazırda oxunan: Azərbaycan səfirlikləri Ermənistanın kiber hücumlarına məruz qalıb

94062
“Düşmən öz uğursuzluqlarını “kompensasiya”x9d etməyə cəhd göstərir”x9d.

Azərbaycan Respublikasının Hollandiya, Belçika və Qatardakı səfirliklərinin internet ünvanları 5 sentyabr 2015-ci il tarixində özünü “Artsax kiber ordusu”x9d adlandıran qrup tərəfindən kiber terror hücumlarına məruz qalıb. 

Moderator.az xəbər verir ki, bu barədə Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edilib.

Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı əsasda həyata keçirilir.

Qəsddən vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini kobud şəkildə pozan, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşən və diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını “kompensasiya”x9d etməyə cəhd göstərir.

Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları “host”x9d edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin