Dövlət Komitəsi: "Şəhid dəfnində dini şüarlar səsləndirənlər asayişi pozmaq istəyirlər"

Hazırda oxunan: Dövlət Komitəsi: "Şəhid dəfnində dini şüarlar səsləndirənlər asayişi pozmaq istəyirlər"

94047

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şəhidlərin dəfni zamanı dini şüarların səsləndirilməsinə münasibət bildirib.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, bu, qrup halında fəaliyyət göstərən bu şəxslər ictimai asayişi pozmağa cəhd edir, nümayişkaranə şəkildə özlərini əsl “dindar” kimi göstərmək istəyirlər. 

"Müşahidələr onu göstərir ki, müəyyən kənar dairələrin təlimatlarını yerinə yetirdikləri şübhə doğurmayan bu təxribatçı qaragüruhçular qrup halında hərəkət edir, ictimai-asayişi pozmağa cəhd edir, nümayişkaranə şəkildə özlərini əsl “dindar” kimi göstərmək istəyirlər. Halbuki onların bu kimi daha çox şou təəssüratı yaradan davranışlarının nə hüquqi, nə də dini baxımdan əsası yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

İslam dininə aid ibadət yerlərinə din xadimləri bu qaydada təyin olunacaq


Digər tərəfdən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin XVIII fəslində (“Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi”) şəhidlərimizin dəfn mərasiminin hansı formada keçirilməli olduğu açıq şəkildə göstərilib və bu qaydalarda hər hansı başqa hərəkətlərə yol verilməsi nəzərdə tutulmayıb. İslam dininə görə, dəfn mərasimləri mümkün qədər sükut içərisində keçirilməli, hətta zikrlər belə uca səslə söylənilməməlidir. Bununla bağlı İslam mənbələrində kifayət qədər faktlar vardır"

Məlumatda bildirilib ki, Daxili İşlər Nazirliyinin də bu cür neqativ hallarla bağlı açıqlamasında qeyd olunduğu kimi, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin adamları oradan uzaqlaşdırmır, ancaq mərasimlər başa çatdıqdan sonra qeyd olunan təxribatçıların ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin