Kimlər dövlət hesabına avtomobillə təmin edilə bilər?

Hazırda oxunan: Kimlər dövlət hesabına avtomobillə təmin edilə bilər?

94018

Uzun illərdir ki, ölkəmizdə bəzi kateqoriyadan olan insanlara dövlət minik avtomobili verir. Dövlətin bu addımı əhali tərəfindən birmənalı şəkildə məmnunluqla qarşılanır. Bəs,kimlər dövlət hesabına avtomobillə təmin edilir?

Məsələyə aydınlıq gətirən hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Bizim.Media-ya bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, II Dünya müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilən və onlara bərabər tutulanlar, həmçinin Çernobıl əlilləri dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq hüququna malikdirlər.

Şaiq Mirzəyev onu da əlavə etdi ki, minik avtomobili ilə təmin edilənədək isə həmin şəxslər Sosial Xidmətlər Agentliyi tərəfindən ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası almaq hüququna malikdirlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin