Bir ay sonra toyu olacaqdı - Zaqatala şəhidi bu gün torpağa tapşırılacaq... FOTO 

Hazırda oxunan: Bir ay sonra toyu olacaqdı - Zaqatala şəhidi bu gün torpağa tapşırılacaq... FOTO 

93991

Ermənistanın sərhəddə törətdiyi son təxribatlar zamanı şəhid olan hərbçilərimizdən biri - 21 yaşlı Turan Tərlan oğlu Məhərrəmovun nəşi bu gün Zaqatala rayonuna gətiriləcək. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müddətdən artıq qulluq edən maxe Turan Məhərrəmov bu gün 18.30-da doğulduğu Qımır kəndinin məzarlığında torpağa tapşırılacaq.  

Mərhum hərbçimizin bir ay sonra toyu olacaqdı.  

Qeyd edək ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.   
Nəticədə Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Bu gün isə Müdafiə Nazirliyi daha 21 şəhidimizn adlarını açıqlayıb. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.   

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin