Səyahət etməyin üstünlükləri

Hazırda oxunan: Səyahət etməyin üstünlükləri

9397

Dünyanı gəzib yeni yerləri kəşf etmək həyatınızı dəyişə bilər. Bu, sizə yeni mədəniyyətləri tanıdır və beynimizdə bu mədəniyyətləri formalaşdırmağa kömək edir.

Həmçinin, bu ərazilərdəki atmosfer və qida sizin heç bilmədiyiniz vitamin çatışmamazlığını aradan qaldıra bilər. Məsələn, dəniz sahilinə gedən insanlar D vitaminin bol-bol qəbul edirlər və immun sistemi güclənir.

Biz çox vaxt səyahətin mənfi tərəfinə diqqət yetiririk, misal üçün, çox pul xərcləmək kimi. Ancaq səyahət etmək sizi daha sağlam edir və daha yaxşı yüksək mənəvi auraya salır.

Yanvar ayında ABŞ Səyahət Assosiasiyası səyahətin səhhətimizə göstərdiyi təsirləri araşdırmaq üçün çoxillik “Səyahət effekti” təbliğat və məlumatlandırma kampaniyasına başlayıb.

Səyahət etmək sizi daha xoşbəxt, sağlam və daha sosiallaşan bir insan edir.

Yeni insanlarla tanışlıq səyahətin ən böyük faydalarından biridir. Qatarda qonşu oturacaqdakı yoldaşınızla söhbət etmək və ya yerli bir restoranda, barda, kafedə müzakirə aparmaq sizin ünsiyyət qabliyyətinizi artırır, istər-istəməz siz məcburiyyət qarşısında daha da inkişaf edirsiniz.

Stressi azaldır

Səyahətə vaxt ayırmaq sizi stressdən azad edir və yeni enerji topmamağınıza kömək edir. Səyahət etmək sizi daimi vərdişdən uzaqlaşdırır və həyatınıza yenilik gətirir. Həmçinin, müxtəlif iqlim şəraiti,  hava mühiti, tərkibindəki xüsusi maddələrlə sizə daha sağlam edir.

Məsələn, Lənkəran rayonunda hansı xəstəliklər azdır, o yerin təbiəti sizdə də o yöndən müsbət təsir edəcək. Bunu səyahətdən qayıdanda daha aydın hiss edəcəksiniz.

Məqsədlərə çatmaq

Səyahət etmək üçün “həyatınızda etmək istədiklərinizin” siyahısının icrasına başlamaq və həmin siyahıdan kənarda qalan şeylər sizi həvəsləndirici və müsbət hala gətirir.

Bu siyahıda müəyyən yerləri ziyarət etmək, bir dağa qalxmaq və ya növbəti məqsədiniz olan hansısa xarici dili o ölkənin vətəndaşları ilə danışmaq kimi bir şey daxil ola bilər. Bu hədəflərə çatmaq da inamı artırır və sizi daha uğurlu addımlar atmağa motivə edir.

Sağlam qalmaq

Bir macəralarla dolu səyahətdən sonra heç vaxt eyni olmayacaqsan. Deyək ki, səyahət edərkən gözəl mənzərələri olan bir yerdə gəzintidəsiniz. Növbəti dəfə siz daha riskli və daha həyacanlı addım atmağa çalışacaqsınız.

Evinizə dönərkən növbəti fəaliyyət üçün daha çox hazırlaşacaqsınız... Məsələn, cimərliyə gedənlər növbəti il üçün daha arıq və sağlam görünüşdə qalmağa.

Uzlaşmaq

Səyahət zamanı işlər bəzən plana uyğun getmir.

Uçuşunuz ləğv edilir və ya açıq bir macəraya başlamaq istədiyiniz gün yağış yağır. Bu da əladır, çünki həmin yerdə edəcəyiniz başaqa şeylər olur, məsələn, uçmağınız üçün başqa təyyarə olacaq. Yağışlı havada yerli bir restoran və ya kafedə oturmaqla çox şey öyrənə bilərsiniz.

Təmkinli olmaq

Səyahət etmək sizi bəzi şeylərə səbr etməyi öyrədir. Bu, sizi həyatda daha təmkinli edir. Məsələn, növbələr olacaq, o növbələrdə uçuşları gözləyəcəksiniz.

Restoranlarda gözləyəcəksiniz. Bu kimi gözləməli olduğunuz hadisələr və növbələr sizi həyatda bəzi hadisələrə daha təmkinlə yanaşmağa kömək edəcək. Siz digər insanlardan daha təmkinli olacaqsınız.

Daha yaxşı münasibətlər qurmaq

Sorğular göstərir ki, birlikdə səyahət edən cütlüklər daha cox intim münasibət yaşayırlar. Seks həyatından daha çox zövq alırlar.

Səyahət edərkən sizin münasibət qurmaq və sizin iş görməyinizi inkişaf etdirir.

Səyahət sizi daha sağlam bir insan halına gətirir.

Bütün xəstəliklər zəif insanlarda daha rahat yayıldığından səyahət etmək sizi daha sağlam güclü edir. Zəif xarakterli insanların fikir çəkmək və stressli həyatı xəstəliklərə qapı açır. Lakin səyahət sizi fikir və stressdən uzaq, daha güclü və sağlam edir.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin