Hərbi vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən portal rəhbəri həbs edildi

Hazırda oxunan: Hərbi vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən portal rəhbəri həbs edildi

93968

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “realxeber.org” internet saytının və eyni adlı “YouTube” kanalının idarəçisi Zaur Qafarovun hərbi qulluqçudan barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yayma hədəsi ilə pul tələb etməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. 

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri ilə Zaur Qafarovun video-foto montaj vasitəsi ilə İkinci Qarabağ Müharibəsi iştirakçısı olmuş hərbi vəzifəli şəxs barəsində sonuncunun guya hərbi qulluqçu adına yaraşmayan işlərlə məşğul olmasına dair nüfuzdan salan və həqiqətə uyğun olmayan video-çarx hazırlayaraq idarə etdiyi media platformalarına ictimaiyyətə açıq şəkildə qəsdən yerləşdirməsinə, həmin videogörüntülərin daha geniş ictimai kütlə arasında yaymaqla hədələyib bunun müqabilində sonuncudan pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla, Zaur Qafarova həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxsin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin