Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli Mənzil” informasiya sistemində problem yaranıb.
Bizim.Media xəbər verir ki, Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadov deyib ki, buna səbəb çox sayda insanın eyni anda sistemə daxil olması olub.
"ASAN Login sistemində yüklənmə olduğundan problemlər yaranıb. Araşdırma aparılır. Hazırda sistemin bərpa olunması üçün iş görülür. Mənzillərin satışı müvəqqəti təxirə salınıb. Satış yenidən təşkil olunacaq. Hələlik tarix bəlli deyil", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün saat 11.00-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzil satışa çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:31 / 15.09.2022
MİDA-nın satış sistemində problem yarandı, mənzil satışı təxirə salındı
Hazırda oxunan: MİDA-nın satış sistemində problem yarandı, mənzil satışı təxirə salındı
Hazırda oxunan: MİDA-nın satış sistemində problem yarandı, mənzil satışı təxirə salındı
93946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.