Bakının Nəsimi rayonunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan 1992-ci il təvəllüdlü Tərlan Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İttihama görə, hadisə bu il aprelin 6-da baş verib. Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” oteldə xəsarətlər alması barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Tərlan Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rüqayyə Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Tərlan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:32 / 15.09.2022
Bakıda oteldə arvadını öldürmək istəyən gəncin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Bakıda oteldə arvadını öldürmək istəyən gəncin MƏHKƏMƏSİ BAŞLAYIR
Hazırda oxunan: Bakıda oteldə arvadını öldürmək istəyən gəncin MƏHKƏMƏSİ BAŞLAYIR
93917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.