İki övladını eyni gündə şəhid verən ananın ARZUSU - FOTO

Hazırda oxunan: İki övladını eyni gündə şəhid verən ananın ARZUSU - FOTO

93851

Əslən Goranboydan olan Mingəçevirli Şəhidlər... Şəhid qardaşlar- Əli və İslam Əhmədovlar…

Onların bəxti lap əvvəldən atasızlıq acısını yaşamaqla başlayıb. İgidlərimizin anası Sevinc Əhmədova yoldaşını itirdikdən sonra onları minbir əzab-əziyyətlə, təkbaşına boya-başa çatdırıb. Və hər iki övladını vətənini sevib onu qorumağı, yeri gəlsə, canından belə keçməyi aşılayıb. Elə bu əsnada hər iki qardaş Vətən Müharibəsinin ilk günü – Sentyabrın 27-ə fərqli istiqamətlərdə şəhadətə ucalırlar...

Bizim.Media xəbər verir ki, hər iki oğlunu vətənə qurban verən Sevinc ana hazırda Mingəçevirdə dörd divar arasında tək-tənha yaşayır.

Şəhid övladlarının 2-3 il belə yaşaya bilmədiyi, muzeyə çevirdiyi bu evdə Şəhid balalarının şəkilləri ilə danışır, onlarla təsəlli, təskinlik tapmağa çalışır. 

Bu günə qədər kimsədən yardım istəməyən ana övladlarının xatirəsinin əbədiləşdirilməsi, həmçinin layiq olduqları ali ordenlərdən birinin verilməsini istəyir. Həmçinin muzeyə çevirdiyi evi dövlət qeydiyyatına alınmasını istəyir və bununla bağlı Milli Məclisin komitə sədrlərindən birinin yanında olub, o da bu məsələyə müsbət yanaşıb, hətta onun yanında aidiyyatı nazirliklə, Mədəniyyət Nazirliyi, şəxsən Mədəniyyət nazirinin özü ilə əlaqə saxlayıb. Hazırda isə ana nəticəni gözləməyə davam edir.

Bizim.Media-ya daxil olan məlumata görə, sentyabrın 28- də Şəhid Əli və İslam Əhmədov qardaşlarının adı yaşadıqları küçəyə verilərək xatirələri əbədiləşdiriləcək.

Ümid edək ki, ananın muzeyə çevirdiyi Şəhid evi də tezliklə dövlət qeydiyyatına alınar. O zaman həm ananın qəlbi, həm də igidlərimizin ruhu şad, rahat olar...

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin