Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçuları arasında Gəncədən olan şəhidlər də var.
Şəhid olmuş əsgər Əliyev Üzeyir Sabir oğlu və gizir İmamverdiyev Asiman Mehman oğlu vida mərasimlərindən sonra torpağa tapşırılıblar.
Bizim.Media-nın yerli bürosu məlumat verir ki, Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü şəhid Üzeyir Əliyevin nəşi vida mərasimindən sonra Göygöl rayonuna yola salınıb.
O, Göygölün Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Ordusunun giziri, 1988-ci il təvəllüdlü şəhid Asiman İmamverdiyev isə Gəncənin Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimlərində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.
Məlumat üçün bildirək ki, yaxın saatlarda Gəncənin üçüncü şəhidi, 1998-ci il təvəllüdlü leytenant Hüseynov Erkin Ədalət oğlu ilə vida mərasimi keçiriləcək. Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında dəfn ediləcək. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Vətən sağolsun!
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:58 / 14.09.2022
Gəncə şəhidləri böyük izdihamla dəfn olundu – FOTO
Hazırda oxunan: Gəncə şəhidləri böyük izdihamla dəfn olundu – FOTO
Hazırda oxunan: Gəncə şəhidləri böyük izdihamla dəfn olundu – FOTO
93835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.