"Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq".
Bizim.Media-ya bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.
"Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.
Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an tibb müəssisələri qanla təmin edilə bilər", - məlumatda deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 14.09.2022
Ölkəmizdə qan ehtiyatı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: Ölkəmizdə qan ehtiyatı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Hazırda oxunan: Ölkəmizdə qan ehtiyatı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
93748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.