Neftçalada 17 gündən sonra evinə dönəcək əsgərin nəşi döndü.
Bizim.Media-nın cənub bürosunun verdiyi məlumata görə, Azərbaycan Silahlı qüvvələrinin əsgəri Neftçala rayonu, Bankə qəsəbə sakini - şəhid 2003-cu il təvəllüdlü Fətullayev Rəfail Rüfət oğlu dəfn olunub.
Dəfndə İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə son mənzilə yola salınıb. O, evin tək oğlu olub, bir bacısı var.
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu