Abşeronda saxta məktəbli geyimlərinin satışı aşkarlandı

Hazırda oxunan: Abşeronda saxta məktəbli geyimlərinin satışı aşkarlandı

93651
Abşeron rayonunda saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb.xa0

Bu barədə Oxu.Az-a İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib.xa0

Nazirliyin məlumatına görə, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada aparılan yoxlama zamanı digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.xa0

Belə ki, mağazada "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" və "BTE Apparel" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanmış və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.xa0

Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Vüqar Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür.
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin