“Bura mənim çox xoşuma gəlir”x9d.
Bu yaxınlarda Minsk bazarında qarpız satan Belarus dilli azərbaycanlı internet ulduzuna çevrilib.
Moderator.az xəbər verir ki, “Naşa Niva”x9d qəzeti satıcını tapıb və onunla belaruslar, dil və qarpızlar barədə söhbət edib.
Qərb bazarından çıxışda ortaboylu kişi dayanıb. İnsanlar ona yaxın satılan malı çəkdirir və pulu ödəyirlər. Cavabında isə Ramil onlara: “Dzyakuy vyaliki, smaçna estsi!”x9d deyir.
“Mən artıq 19 ildir ki, Belarusdayam. Bura çox xoşuma gəlir, xalqınız çox mehribandır. Burda azərbaycanlılara olan münasibət xoşuma gəlir”x9d, - Ramil danışır.
“İşləyirik, insanlarla ümumi dil tapmağa çalışırıq. Belarus dili çox xoşuma gəlir. Bir az danışmağa çalışıram (gülümsəyir). 19 il ərzində yalnız axmaq Belarus dilini öyrənməz”x9d.
Ramil çox utancaqdır. Amma biz əhvalatı danışdıqda o, öz həmkarlarını “NN”x9d-nın məqaləsinə baxmağa çağırdı.
“Mən hələ Belarus dilini öyrənirəm. Hansısa sözün mənasını bilmədikdə onu yerlilərdən soruşuram”x9d.
Ramil qeyd edir ki, təcrübəni əsasən yaşlı nəsildən öyrənir.
“Mənə elə gəlir ki, belaruslar öz dillərindən qorxmurlar, sadəcə ondan utanırlar. Amma ola bilər ki, onlara kimin isə başqa cür baxacağını düşünürlər. Mənə isə maraqlıdır, mənim utanacağım heç nə yoxdu, bu əcdadların dilidir”x9d.
Ramil deyir ki, əvvəlcə yalnız ifadələri öyrənib:
“Mən: “Kali laska, padıxodztse bez çarqi!”x9d. Sonra ”“ “Mojatse qroşı zauytra prınestsi”x9d deyirdim”x9d.
Səmimi söhbətdən sonra Ramil redaksiyaya qarpız hədiyyə etmək qərarına gəldi. O, 9 kiloqramlıq qarpızı seçdikdən sonra soruşdu:
“Redaksiyada neçə nəfərsiz? Daha böyüyü lazımdı!”x9d.
“Yaxşı qarpızı necə seçmək olar?”x9d sualına Ramil cavab verdi ki, hansı qarpızın yaxşı olduğunu öyrənmək üçün onunla 15 il bərabər işləmək lazımdır.
Puldan imtina etdi, sonda isə bərkdən: “Dzyakuy vam, syabrı!”x9d dedi.
Redaksiyada qarpızın əla olduğunu bildirdilər.
Sözsüz ki, qalan satıcılar da kiminsə müsahibə götürdüyünü gördülər. Yaxınlıqda olan azərbaycanlı bizdən xarici olub-olmadığımızı soruşdu.
“Sadəcə siz rusca yox, belarusca danışırsız, ona görə elə bildim ki, xaricisiz”x9d.

































































































