Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Taleh Heydərova hökm oxunub. O, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü T.Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaqlayaraq qətlə yetirib.
T.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:04 / 13.09.2022
Bakıda qayınatasını qətlə yetirən şəxs 17 il müddətinə azadlıqdan məhrum edildi
Hazırda oxunan: Bakıda qayınatasını qətlə yetirən şəxs 17 il müddətinə azadlıqdan məhrum edildi
Hazırda oxunan: Bakıda qayınatasını qətlə yetirən şəxs 17 il müddətinə azadlıqdan məhrum edildi
93614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.