22 avqust-05 sentyabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ( ASAN Xidmət) Səyyar Xidməti təşkili şöbəsi tərəfindən Şəmkir vətəndaşlarına səyyari xidmət göstərilir. Vətəndaşlara göstərilən xidmət çərçivəsində notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz Əmlak üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, vətəndaşların Vəziyyəti Aktlarının qeydiyyata alınması nəzərdə tutulmuşdur.
Gün ərzində 500-dən çox vətəndaş ASAN Xidmətin təşkil etdiyi Səyyar Xidmətdən yararlanmaq məqsədi ilə Xidmətə müraciət edir. Şəmkir rayon Gənclər və İdman İdarəsi bu aksiyada yaxından iştirak edərək, 15 nəfər aktiv gəncin Könüllük prinsipi əsasında bu xidmətdə fəaliyyət göstərməsini təmin etmişdir.


































































































