İş adamı İbrahim Nehrəmliyə məxsus olan “ Xəzər Adaları”x9d futzal klubunun baş məşqçisi Elnur Qəmbərovun Moderator.az -a verdiyi son açıqlaması İbrahim Nehrəmlini qəzəbləndirib.
Bu barədə saytımıza açıqlama verən Elnur Qəmbərovun sözlərinə görə, komandanın direktoru onunla əlaqə saxlayaraq İbrahim Nehrəmli tərəfindən qəbul olunmayacağını bildirib:
“Sizin sayta verdiyim son açıqlamadan sonra İbrahim Nehrəmli ilə görüşə bilmirəm. Komandanın direktoru mənə bildirdi ki, İbrahim Nehrəmli daha məni qəbul etməyəcək. Mən nə demişəm axı? Özümün, oyunçularımın əziyyətinin, haqqının ödənmədiyi barədə açıqlama vermişəm. Bu gün komandamın bir neçə oyunçusu və köməkçimlə birlikdə İbrahim Nehrəmlinin ofisinə gedəcəyik. Əgər problemimiz həllini tapmasa, Milli Məclis önünə toplaşıb dərdimizi deputatlara deməyə çalışacağıq. Biz həmçinin məhkəməyə də müraciət etməyi planlaşdırırıq.”x9d
Xəyal Əzizov
































































































