Sərhəddəki təxribatda şəhid olan 29 yaşlı hərbçi - 20 gün əvvəl TOYU OLUB  

Hazırda oxunan: Sərhəddəki təxribatda şəhid olan 29 yaşlı hərbçi - 20 gün əvvəl TOYU OLUB  

93574

DSX-nin ötən gün Azərbaycan-Ermənistan sərhədində şəhid olan hərbi qulluqçularından biri - 29 yaşlı Azər Mustafa oğlu Məmmədov Qazax rayonundandır. 

Bizim.Media xəbər verir ki, onun 20 gün əvvəl toyu olduğu deyilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO


Şəhid Azər Məmmədov doğulduğu Kəmərli kəndində dəfn ediləcək. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi faktı Bizim.Media-ya təsdiqləyib. 

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin