Millət də, Elçibəy də inanırdı ki, Heydər Əliyev Azərbaycanı xilas edəcək!

Hazırda oxunan: Millət də, Elçibəy də inanırdı ki, Heydər Əliyev Azərbaycanı xilas edəcək!

93535

VIII yazı

Azərbaycan vətəndaşlarının hamısı Heydər Əliyevi dəmir iradəli, prinsipial bir dövlət adamı, yaradıcı və qurucu bir şəxsiyyət kimi tanıyırdılar. Onun blokada şəraitində olan Naxçıvana rəhbərlik etdiyi illərdə isə Heydər Əliyev dühasının işığı və möhtəşəm energetik potensialı yeni bir zamanda, yeni bir situasiyada bir daha onun qaranlıqları aydınladan, Naxçıvanın xilaskarı obrazını yaratdı.xa0xa0 İnsanların Heydər Əliyev şəxsiyyətinə, Heydər Əliyev dühasına, Heydər Əliyevin möhtəşəm enerjisinə və işığına hörmət və inamları bu günə və gələcəyə yeni bir inam yaradırdı.

xa0

xa0Sədərək körpüsü Azərbaycanla, Naxçıvanla Türkiyəni birləşdirən yeganə quru yolu olduğundan və Azərbaycandan Türkiyəyə gedən və gələn insanların böyük bir qismi məhz Sədərək körpüsündən keçdiklərindən, naxçıvanlılarla ünsiyyətdə olduqlarından buradan keçən insanların hamısı Heydər Əliyevin böyüklüyünü bir daha dərk edirdilər. Beləliklə də Heydər Əliyevin böyük xilaskar kimi reytinqi daha da yüksəlir və böyük sürətlə xa0Azərbaycanın hər yerinə yayılırdı. xa0

xa0

1993-cü ilin aprel ayında Ermənistanın Kəlbəcəri işğal etməsi Elçibəy hakimiyyətinin nüfuzunu ciddi şəkildə zədələdi.

Sonralar qondarmaxa0 "Talış Muğan" respublikasının elan olunması, 4 iyun Gəncə qiyamı, şimal rayonlarındaxa0 qondarma millətçi "Sadval" təşkilatının baş qaldırma səyləri Eıçibəy hakimiyyətinə inamı sarsıtdı.

Azərbaycan ziyalıları, adi insanlar, hökumətdə olan insanların əksəriyyəti dəmir bir əlin-yəni Heydər Əliyevin Azərbaycanda hakimiyyət başına gətirilməsini istəyirdilər.

O zaman bu diskussiyalar prezident Administrasiyasında da mütəmadi olaraq aparılırdı.

xa0

Hamı inanırdı ki, Heydər Əliyev gələcək və Azərbaycanı xilas edəcək!

xa0

Prezident Administrasiyasının bütün işçiləri Heydər Əliyevin Azərbaycanda yüksək vəzifəyə gətirilməsini istəyirdilər.

Hamı inanırdı ki, Heydər Əliyev gələcək və Azərbaycanı parçalanmaqdan xilas edəcək!

Hamı inanırdı ki, Heydər Əliyev gələcək və Azərbaycanda əmin-amanlıq yaradacaq.

Hamı kimi Prezident Əbülfəz Elçibəy də inanırdı ki, Heydər Əliyevdən başqa kimsə Azərbaycanı xilas edə bilməyəcək.

Ona görə Prezident Elçibəy xalqın arzusuna əməl edərək Heydər Əliyevi Bakıya dəvət etdi.

xa0

Heydər Əliyev şəffaf və demokratik seçkilərlə Prezident seçildi

xa0

Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.

İyun ayının 17-də Əbülfəz Elçibəy müəmmalı şəkildə gecəykən Ordubadın Kələki kəndinə getdi və qayıtmadı.

1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev ədalətli, şəffaf və demokratik seçkilər yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

xa0

Naxçıvanı xilas edən Heydər Əliyev Azərbaycanı da xilas etdi

xa0

Naxçıvanı xilas edən Heydər Əliyev Azərbaycanı 3 yerə parçalanmaqdan xilas etdi.

Heydər Əliyev Ermənistanla atəşkəs müqaviləsi bağlayaraq Azərbaycan ordusunu yaratdı.

Heydər Əliyev xarici ölkələrin neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzalayaraq Azərbaycanda dövlət çevrilişlərinə birdəfəlik son qoydu.

Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan neft kəmərini çəkərək Azərbaycanı regionun ən güclü dövlətinə çevirdi.

xa0

Ardı var...

xa0Prof.Dr. Qüdrət İsaqov

xa0

xa0

xa0xa0

xa0

xa0xa0xa0xa0xa0xa0xa0xa0

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin