Məşhur neft şirkətinin Bakı ofisində ixtisarlar başladı

Hazırda oxunan: Məşhur neft şirkətinin Bakı ofisində ixtisarlar başladı

93439
“Norveç nəhəngi TAP-dakı payını “Petronas"a satmaqda maraqlıdır”x9d.

Norveçin “Statoil”x9d neft-qaz şirkəti Azərbaycanın energetika sektorunu tərk edir.

Moderator.az APA-ya istinadən xəbər verir ki,  bu barədə “Statoil Azerbaijan”x9d şirkətinin adının çəkilməsini istəməyən  əməkdaşı məlumat verib.

Onun sözlərinə görə, şirkətdə ciddi ixtisarlar baş verib:

“Şirkətin 40-a yaxın əməkdaşı var idisə, hazırda 10-12 nəfər qalıb. Şirkətin (nümayəndəliyin - red.) Bakı ofisi tamamilə bağlanıb, lap kiçik işçi qrupu qalıb. İctimaiyyətlə əlaqələr və digər bu kimi şöbələr bağlanıb. İşdə qalanlar rəhbər şəxslər və mühasibatlıq bölməsinə aid olanlardır”x9d..

Xatırladaq ki, "Statoil" Azərbaycan bazarına 1992-ci ildə daxil olub və bir sıra iri enerji layihələrində iştirakçısı olub.

Hazırda "Statoil" Trans-Adriatik qaz kəməri layihəsində 20%-lik səhm paketinə sahibdir. Lakin bu səhm paketinin Malayziyanın "Petronas" şirkətinə satılması ilə bağlı danışıqlar aparılır.

Mənbənin məlumatına görə, Norveç nəhəngi səhmlərinin Malayziya şirkətinə satmaqda maraqlıdır. Əməliyyatın dəyəri hələlik məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin