ARDNF rəhbərliyi Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odile Renaud-Basson və geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib.
Bizim.Media ARDNF-yə istinadən xəbər verir ki, işgüzar görüş çərçivəsində Fondun gerçəkləşdirdiyi investisiya siyasəti və investisiya portfelinin başlıca istiqamətləri, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu barədə AYİB-in nümayəndə heyətinə geniş məlumat verilib.
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov öz çıxışında Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəflərindən bəhs edərkən, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
O, AYİB-in ölkə iqtisadiyyatının diversifikasiyası yolunda maliyyələşdirdiyi orta və uzun müddətli layihələri yüksək qiymətləndirib.
Görüş zamanı xanım Odile Renaud-Basson təmsil etdiyi təşkilatın Azərbaycandakı gələcək fəaliyyət planları və qurumlar arasında potensial əməkdaşlıq istiqamətləri barədə fikirlərini səsləndirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:38 / 12.09.2022
AYİB prezidenti Neft Fondunda GÖRÜŞ KEÇİRDİ
Hazırda oxunan: AYİB prezidenti Neft Fondunda GÖRÜŞ KEÇİRDİ
Hazırda oxunan: AYİB prezidenti Neft Fondunda GÖRÜŞ KEÇİRDİ
93437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.