İcra başçısı 700 bal toplayan qıza maşın verdi -FOTO+VİDEO

Hazırda oxunan: İcra başçısı 700 bal toplayan qıza maşın verdi -FOTO+VİDEO

93425
Azərbaycanda icra başçısı 700 bal toplayan tələbəyə maşın hədiyyə edib.xa0

Moderator.az xa0xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumatda bildirilir ki, Zaqatala icra başçısı Mübariz Əhmədzadə rayon tarixində ilk dəfə ali məktəbə keçirilən imtahanlarda 700 bal toplayan Asya Mamudovaya avtomobil hədiyyə edib.

Zaqatala İcra hakimiyyətindən verilən məlumata görə, icra baçısı bir neçə il əvvəl rayonu təmsil edən abituriyentlərə söz verib ki, kim 700 bal toplasa ona maşın hədiyyə olunacaq: "Bu gün həmin maşın 700 bal toplayan Asya Mamudovaya təqdim olundu".

Qeyd edək ki, Mahmudova Asya İdris qızı Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin