Bir müddət əvvəl sosial şəbəkələrdə görüntüləri yayılan, sürücü ilə mübahisə edən yol polisi əməkdaşları barədə tədbir görülüb.
Bizim.Media xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, sürücü ilə arasında yaranan mübahisəyə görə inspektor Malik Qasımov və polis kapitanı Elnur İsgəndərov cəzalandırılıblar.
Müvafiq əmrlə M.Qasımov işdən çıxarılaraq sərəncama götürülüb, E.İsgəndərova isə şiddətli töhmət elan edilib.
Qeyd edək ki, məlum videoda özünü təqdim edən inspektor Malik Qasımov sürücünü çəkiliş etməkdə günahlandırıb, ondan kameranı söndürməsini, maşından düşərək söhbət etməyi tələb edib.
Polis zabiti vətəndaşa “Düş, söhbət edək, maykada maşın sürərlər?”, - kimi sözlər deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:18 / 12.09.2022
“Maykada maşın sürərlər?” deyən inspektor işdən çıxarıldı - VİDEO
Hazırda oxunan: “Maykada maşın sürərlər?” deyən inspektor işdən çıxarıldı - VİDEO
Hazırda oxunan: “Maykada maşın sürərlər?” deyən inspektor işdən çıxarıldı - VİDEO
93392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.