Moderator.az komitənin rəsmi saytına istinadən xəbər verir ki, tədbir Lənkəran şəhəri ”x9dBöyük Bazar”x9d cümə məscidində keçirilib. Tədbirdə dindarlar, şəhər sakinləri, din xadimləri və xüsusilə gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Lənkəran şəhər “Böyük Bazar”x9d cümə məscidi dini icmasının sədri Sədi Axundzadə açaraq layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən səhbət açıb. Tədbirdə Lənkəran şəhəri “Böyük Bazar”x9d cümə dini icmasının sədri Sədi Axundzadə "Alkoqollu içkilərin zərərli təsiri", Lənkəran şəhəri “Böyük Bazar”x9dcümə məscidinin axund müavini Amid Bağırov “Tütün və zərərli vərdişlərin insan sağlamlığına ziyanı”x9d mövzuları üzrə məruzələrlə çıxış ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.































































































