Azərbaycanda daha iki xidmət ELEKTRONLAŞDIRILDI

Hazırda oxunan: Azərbaycanda daha iki xidmət ELEKTRONLAŞDIRILDI

93317

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “AzInTelecom” MMC-nin yaratdığı Vahid Elektron Xidmətlər Portalına daha 2 yeni xidmət inteqrasiya olunub.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, bununla da, portalda təqdim edilən xidmətlərin sayı 17-yə çatdırılıb.

Sonuncu inteqrasiya nəticəsində “Aztelekom” MMC-nin “İdarələr üzrə ətraflı məlumat” və “Klassifikator üzrə idarələrin axtarışı” xidmətləri portala əlavə edilib.

“Klassifikator üzrə idarələrin axtarışı” xidmətindən faydalanarkən qurumun aid olduğu kateqoriyanı seçdikdən sonra müvafiq təşkilatlar istifadəçiyə təqdim edilir.
Daha sonra həmin siyahıdan idarənin adının üzərinə klik edərək seçilən qurumun adı, əlaqə nömrəsi, ünvanı, bank hesab kodu və VÖEN-i barədə informasiya əldə etmək olar.

“İdarələr üzrə ətraflı məlumat” bölməsində isə stasionar telefon nömrəsi və ya VÖEN daxil edərək həmin məlumatın aid olduğu idarənin tam adını, əlaqə nömrələrini və ünvanını öyrənmək mümkündür.
RİNN müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır.

Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin