13 ən çətin tapmaca, 5-ni tapan dahi sayılır

Hazırda oxunan: 13 ən çətin tapmaca, 5-ni tapan dahi sayılır

9329

Tapmacalar insan beyninin məşqi sayılır. Mütəxəssislər hesab edirlər ki, daha yüksək məntiqə uşaqlıqdan tapmacalara cavab axtarmaqla da nail olmaq mümkündür.

Bizim.Media “Reader Digest” saytına istinadən dünyanın ən çətin 13 tapmacanı yayımlayır.

İlk tapmaca belədir:

Ağzım yoxdu danışıram, qulağm yoxdu eşidirəm. Bədənim yoxdu, lakin küləklə canlanıram. Tapın görək mən nəyəm?

Növbəti tapmacalar:

Ömrüm bir neçə saat olur, səni ilhamlandırıram. Mən tez ölürəm arıq olanda, gec ölürəm kökələndə, ölürəm külək olanda - Açması?

Şəhərlərim var, evim yox. Dağlarım var, ağacım yox, suyum var balığım yox- Cavabı?

O nədir ki, aprelin və martın ortasında tapmaq olar, axırında və əvvəlində yox?

Qadın ərini 5 dəqiqə su altında saxladı, sonra asdı, sonra əri ilə bərabər axşam yeməyi yedilər.

Bu necə ola bilər?

Mən kömürdən düzəldilmişəm, paltarım odundandır və hər kəs məndən istifadə edir. Mən nəyəm?

O nədir ki, adını çəkəndə yox olur?

Dörddür,  amma yarısı 5 edir?

Quruyanda islanan nədir?

Sənindi, ancaq hamı istifadə edir. Açması?

İlk sən məni yeyirsən sonra səni yeyirlər. Tapın görək mən nəyəm?

Lüğətdə həmişə səhf deyilən söz nədir?

Sağ əlinlə tuta biləcəyin, sol əlinlə tuta bilmədiyin nədir?

Cavablar sıra ilə əks-səda, şam, xəritə, r hərfi, ərin təzə çəkilmiş fotosu, karandaş içi, sakit olun, rum rəqəmi ilə yazılmış IV, dəsmal, ad, qırmaq, səhf sözü, sol əl.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin