Sürəti göstərən lövhəyə niyə məhəl qoyulmur? - VİDEO

Hazırda oxunan: Sürəti göstərən lövhəyə niyə məhəl qoyulmur? - VİDEO

93262

“Bu yolda avtomobillər yüksək sürətlə idarə edilir. Yolu digər tərəfə keçmək istəyən piyadalar bəzən uzun müddət gözləməli olurlar”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Xəzər televiziyasının hazırladığı reportajda yer alıb.

Mənbə yazır ki, İsmayıllı şəhərinin Heydər Əliyev prostpektində sürəti göstərən lövhəyə məhəl qoyan yoxdur.

Nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi sakinlərin nrahatlığına səbəb olur. Onlar yolu keçməyin təhlükəli hal aldığını deyirlər.

Vətəndaşlar radarların quraşdırılmasını istəyirlər. Məhz bundan sonra sürücülər istər-istəməz sürəti azaldacaqlar.

İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, Heydər Əliyev prostpektində yaşayan sakinlər tərəfindən mövcud problemlə bağlı şifahi  muraciətlər daxil olub. 

''Müraciətlər əsasında hazırlanmış təkliflər Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib''- deyə məlumatda qeyd edilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin