Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı

Hazırda oxunan: Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı

93214

Sentyabrın 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 69 namizəd iştirak edib.

İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1 nəfər, AB3 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 3 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 8 nəfər, AC4 altqrupu üzrə 11 nəfər olmaqla, ümumilikdə 32 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün sentyabrın 12-dən 23-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası sentyabrın 12-14-də saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin