Azərbaycanda azyaşlı bacılar ərə verilib? – ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanda azyaşlı bacılar ərə verilib? – ARAŞDIRMA

9320

Azərbaycanda yeniyetmə bacıların məcburi ərə verilməsi iddia olunur. Məlumata görə, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbin 7 və 9-cu sinif şagirdləri Aydan və Aygün Seyidova (ad, soyad şərtidir) bacılarının ailəsi tərəfindən zorla ərə verildikləri bildirilir.

İddia edilir ki, ailənin sosial təminatında problemlər olduğundan azyaşlılar məcburi nikaha cəlb edilib. 

Bizim.Media məsələni araşdırmağa çalışıb. 

Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmova iddiaları nə təkzib, nə də təsdiq edib:

“Mümkünsə, Bakı şəhəri üzrə Təhsil Şöbəsindən maraqlanın”,- deyə direktor cavab verməkdən yayınıb.

Ailə ilə bağlı təfərrüatları öyrənmək üçün Kürdəxanı Bələdiyyəsi ilə əlaqə saxladıq.

Bələdiyyədən ailə haqqında heç bir məlumata malik olmadıqları bildirilib:

“Bu ailəni tanımırıq. Bələdiyyənin qeydiyyat siyahısında həmin soyadla ailə yoxdur. Əgər kəndin yerli sakinlərindən olsaydılar, tanıyardıq. Ola bilsin ki, ailə qəsəbəyə sonradan köçüb”. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun dediyinə görə, 13 və 15 yaşında qızların ərə verilməsi həqiqətəuyğun deyil:

“Məsələni ərazi üzrə polis şöbəsi ilə araşdırdıq. Həqiqətən də belə bacılar var. Amma onlar ərə verilməyib. Xəstə anaları ilə birgə yaşayırlar. Onların məcburi ərə verilməsi faktı doğru deyil”.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin