Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutuldu

Hazırda oxunan: Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutuldu

93182

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən xəbər verilib.

Bölmələrimizin adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin