Zibillikdə ticarət mərkəzi tikintisi üçün nazir işə qarışdı...

Hazırda oxunan: Zibillikdə ticarət mərkəzi tikintisi üçün nazir işə qarışdı...

93159
Uzun müddət mübahisə obyektinə çevrilən və antisanitariyanın hökm sürməsinə görə burda yaşayan sakinlərin narazılıq mənbəyinə çevrilən Sumqayıt şəhəri 2-ci mikrorayonda yerləşən keçmiş "Veterok”x9d adlanan yeməkxananın yaxınlığndakı zibillikdə yeni Ticarət Mərkəzinin inşasına başlanılıb. 

Bu barədə Moderator.az - ı məlumatlandıran mənbə başqa maraqlı məqamlara da toxunub.

Qeyd edək ki, həmin ərazi uzun müddət sumqayıtlıların yaddaşında «zibilxana» kimi yaddaşlarda qalıb. Ərazidəki antisanitariya vəziyyəti o qədər dəhşətli imiş ki, yaxınlıqda yaşayan sakinlərin dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin aidiyyatı qurumlarına etdikləri şikayətlər nəticəsiz qaldığı üçün KİV-lərə müraciətlər ünvanlayıbmışlar. Hətta müxtəlif KİV-lər tərəfindən həmin ərazidən dəfələrlə materiallar hazırlanmasına baxmayaraq uzunmüddət antisanitariya şəraiti ortadan qaldırılmayıb. Ərazidə yaşayan sakinlər isə birmənalı olaraq ərazi uğrunda aparılan olliqarx savaşının qurbanına çevrildiklərini iddia edirmişlər...

Yerli sakinlər məlum ərazinin xarabalığa və zibilliyə çevrilməsinin səbəbkarı kimi iki sahibkarı - "Karvan" Ticarət Mərkəzinin”x9d rəhbəri Ağamirzə Əhədovun qardaşı, həmin ərazinin sahibi Mirzə Əhədovu və Sumqayıt Univermağının sahibi Zaman İsgəndərovun bacısı Adilə İsgəndərovanı günahkar kimi görürmüşlər. Çünki ərazinin xarabaya çevrilməsini bu iki şəxsin ərazi uğrunda apardığı mübarizə ilə əlaqələndirirmişlər.

Nəhayət ki, uzun müddət sumqayıtlıların antisanitariya mərkəzi olaraq narazılıqlarına səbəb olan ərazidə yeni Ticarət Mərkəzinin inşasına başlanılıb.

Belə ki, iddialara görə, yeni Ticarət Mərkəzini Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsində mühüm vəzifələrdən birini daşıyan Mübariz Əhədov tikir. Mübariz Əhədov "Karvan" Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədovun oğludur. Mənbənin bildirdiyinə görə mübahisəli ərazinin uzun müddət üfunət qaynağı olaraq qalmasının əsas səbəbi heç də Əhədovlarla İsgəndərovlar arasında aparılan mübarizə deyilmiş. Əsl səbəb Əhədovlar ailəsində daxili çəkişmələr imiş. 

Məlumata əsasən həmin ərazini uzun müddətdir ki, Mübariz Əhədov əmisi Mirzə Əhədovdan istəyirmiş. Lakin Mirzə Əhədov həmin ərazidə özü Ticarət Mərkəzi tikmək niyyətində olduğundan qardaşı oğlunun istəyinə yox deyirmiş. Mənbə bildirir ki, hətta Mirzə Əhədov ailənin ağsaqqalı, qardaşı Ağamirzə Əhədovun xahişini belə nəzərə almayıb və qardaşların münaqişə obyektinə çevrilən ərazi xarabazara çevrilib.

Mənbənin iddasına görə münaqişə nəqliyyat naziri Ziya Məmmmədovun müdaxiləsindən sonra öz həllini tapıb. Belə ki, iddiaya əsasən, Ağamirzə Əhədov məsələ ilə bağlı öz hamisi nəqliyyat naziri Ziya Məmmədova müraciət edib və Ziya Məmmədov Mirzə Əhədovdan ərazini Mübariz Əhədovun adına sənədləşdirilməsini tələb edib. 

Qeyd edək ki, Ağamirzə Əhədov Ziya Məmmmədovun yerlisidir və "Karvan" Ticarət Mərkəzinin hamisi olmaqla yanaşı, nəqliyyat nazirinin həmin TM - də böyük pay sahibi olduğu iddia olunur. Ümumiyyətlə, Ziya Məmmədovla Ağamirzə Əhədovla bir sıra ortaq bizneslərinin olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin