Gömrük nəzarəti ilə bağlı protokol təsdiqləndi

Hazırda oxunan: Gömrük nəzarəti ilə bağlı protokol təsdiqləndi

93108
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında 2015-ci il iyulun 3-də Moskva şəhərində imzalanmış Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb. 

Moderator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyasının Hökumətinə bildiriş göndərmək tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin