Şah Qacarı Azərbaycan tarixində qaralamaq tapşırığını kim verib? – “Vaqif” əsəri haqqında BİLMƏDİKLƏRİMİZ

Hazırda oxunan: Şah Qacarı Azərbaycan tarixində qaralamaq tapşırığını kim verib? – “Vaqif” əsəri haqqında BİLMƏDİKLƏRİMİZ

93099

“Bunu ilk dəfə Sizə açıqlayıram. 1992-ci ildə babamla bağlı MTN-nin arxivində araşdırma aparırdım. Fürsət olduqca digər faktlar da öyrənirdim. Artıq 30 il keçdiyinə görə bəzi məlumatları Sizinlə paylaşa bilərəm. O zamankı araşdırmalarımda öyrəndiyim məlumatlardan biri də bu oldu ki, “Vaqif” dramını yazmağa Səməd Vurğunu Mircəfər Bağırov şəxsən məcbur edib”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Qeyd edək ki, milli kimliyinə görə təmiz Azərbaycan türkü olan Ağa Məhəmməd şah Qacar sülaləsinin ən tanınmış şəxsiyyətlərindən biridir. O, Əfşarlar dövlətinin süqutundan sonra növbəti türk dövlətinin batmasına imkan verməyib. Çox təəssüf ki, bütün tarixi mənbələrdə Qacarlar dövləti də, onun qurucusu da fars dövləti və fars fatehi kimi təqdim edilir. Ən pisi də odur ki, son dönəmlərdə yaradılan Vikipediya platformasında da bu cür yazılıb. 

Məhəmməd şah Qacar neçə ölkənin fatehi idi?

Tək bir faktı deyək ki, 1796-cı ildə Muğan düzündə Ağa Məhəmmədə təntənəli tacqoyma mərasimi keçirilir. Yada salaq ki, Nadir şahın da tacqoyması Azərbaycanın bu vilayətində keçirilib. Qacar Nadirin qoyduğu tacı başına qoymaq istəmir. Təzə tacsa dörd lələkdən ibarət olur. Həmin dörd lələk - İran, Hindistan, Əfqanıstan və Orta Asiya üzərində hökmranlığın rəmzi idi. 

Bəs, Qacar niyə hər zaman aşağılanıb?

Ağa Məhəmməd şah Qacar daha çox mənfi tip kimi Azərbaycanlılara təqdim edilib. Xalq şairi Səməd Vurğunun yazdığı “Vaqif” dramı da bu işdə böyük rol oynayıb. Şairin qüdrətli qələmi Molla Pənah Vaqifi nə qədər bizlərə sevdiribsə də, Qacarı da bir o qədər bizdən uzaqlaşdırıb. 

Cümşüd Nuriyelə söhbətimiz zamanı o qeyd edib ki, bildiyiniz kimi 1937-ci ildə azərbaycanlılara qarşı repressiya aparılırdı. Xalqın ən ləyaqətli ziyalıları müxtəlif bəhanələrlə fiziki və mənəvi cəhətdən məhv edilirdi. Bu prosesə o zamankı respublika rəhbəri Mircəfər Bağırov da əngəl ola bilmirdi:

“Çünki, həm Azərbaycanda, həm də Moskvada ermənilər çox güclü postlar tutmuşdular. Həmin ermənilərin aradan götürmək istədiyi adamların siyahısında birinci yerdə Üzeyir bəy Hacıbəyli, ikinci yerdə isə Səməd Vurğun dururdu. Amma Mircəfər Bağırov sona qədər bu iki adamı qoruyub. Kim nə deyir, desin. Sənədlər var, istiyən gedib, qaldırıb baxa bilər”.

Cümşüd Nuriyev onu da əlavə etdi ki, Səməd Vurğun qeyri-adi istedadına görə Mircəfər Bağırov tərəfində sevilib, qəbul edilib:

“Bağırov onu xilas etməkdən ötəri, yəni “bu adam millətçi deyil” fikrinin sübutu üçün ona təcili “Vaqif” dramını yazmağı tapşırıb. Və dramdakı hadisələrin inkişaf xəttini də Səməd Vurğuna o verib. Deyib ki, “xilasın yalnız yazacağın bu əsərdən asılıdır. Qalan şeyləri sonra fikirləşərik”.
Beləcə, Səməd Vurğun Bağırovun göstərişi ilə bu dramı yazdı. Və elə yazdı ki, onun yazdıqları ilə Vaqif göylərə qalxdı. Əvəzində, həm Qacaq, həm də İbrahimxəlil xan ən pis şəkildə aşağılandı. Səməd Vurğunu anlayıram. Mircəfər Bağırov onu bu işə təhrik eləyib. Amma, anlamadığım budur ki, son 30 ildə Azərbaycan tarixi niyə yenidən yazılmayıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin