Bakıda arvadını qətlə yetirən şəxsin cəzası dəyişmədi – QƏRAR 

Hazırda oxunan: Bakıda arvadını qətlə yetirən şəxsin cəzası dəyişmədi – QƏRAR 

93085

Bakının Pirallahı rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin apellyasiya şikayətinə baxılıb.  

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.  

Qərara görə, Ə. Musayevin cəzasının yüngülləşdirilməsi barədə verdiyi apellyasiya şikayəti təmin olunmayıb.  

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Musayev 17 il azadlıqdan məhrum edilib. 

İttiahama görə, hadisə ötən ilin noyabrında Pirallahı rayonunda qeydə alınıb. 1992-ci il təvəllüdlü Ə.Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb. 
İstintaq orqanı tərəfindən Ə.Musayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürümə) maddəsi ilə ittiham elan edilib.  

Məhkəmədə məlum olub ki, Ayşən narkotik qəbul etdiyi üçün əri tərəfindən qətlə yetirilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin